• Bakı 14° C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Peşə təhsilində 33 yeni ixtisas yaradılıb

CƏMİYYƏT

18 Noyabr 2026 | 15:37 | Müəllif: Əli Hüseynov

Peşə təhsilində 33 yeni ixtisas yaradılıb

2023-2026-cı illər ərzində peşə təhsilində 33 yeni ixtisas yaradılıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı “Peşə Təhsili Forumu 2026”da söyləyib.

İ.Bayramlı qeyd edib ki, 2022-ci ildən cari dövrə qədər 75 təhsil proqramı hazırlanıb: “Yüksək texniki peşə təhsili ali təhsilə keçid imkanı verir, buna görə də bu sahəyə xüsusi maraq var. 2026-cı ildə 2798 nəfər yüksək texniki peşə təhsilinə qəbul olub”.

Direktor bildirib ki, işəgötürənlər də tədris prosesinin iştirakçısına çevrilib: “2022-2026-cı illər ərzində tərəfdaş işəgötürənlərin sayı 2 dəfə artıb. Həmçinin Milli Observatoriyanın təhlilinə əsasən, dual proqram məzunlarının məşğulluq göstəricisi 74 faizə, ümumilikdə bütün məzunların məşğulluq göstəricisi isə 69 faizə yüksəlib”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026