• Bakı 14° C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

"Qalatasaray" müdafiəçisini göndərir

İDMAN

18 Noyabr 2026 | 18:10 | Müəllif: Subhan Mahmudov

"Qalatasaray" müdafiəçisini göndərir

"Qalatasaray"ın müdafiəçisi El Şaday Bitşiabunun İstanbul klubundakı gələcəyi sual altına düşüb.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, rəhbərlik 21 yaşlı fransalı futbolçunun icarə müddətini başa çatdırmaq üçün yanvar ayını gözləyə bilər.

Klubun bu addımı atmaqda əsas məqsədi əcnəbi oyunçular üçün ayrılmış heyət limitində boş yer yaratmaqdır. Bununla belə, "Qalatasaray" və "Leypziq" arasında icarə anlaşmasının vaxtından əvvəl dayandırılması ilə bağlı hələlik rəsmi təmas olmayıb.

Xatırladaq ki, Bitşiabu mövsümün əvvəlində satınalma hüququ ilə "Leypziq"dən icarəyə götürülüb. Gənc müdafiəçi indiyədək İstanbul təmsilçisinin formasında yalnız bir matçda şans qazanıb və həmin görüşdə cəmi 21 dəqiqə meydanda olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026