• Bakı 12° C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Fransada polislər etiraz aksiyası keçirib 

DÜNYA

18 Noyabr 2026 | 16:20 | Müəllif: Günəş Mərd

Fransada polislər etiraz aksiyası keçirib

Bir neçə yüz fransız polisi Parisin mərkəzində gözlənilməz etiraz aksiyası keçirərək daha yüksək əməkhaqqı tələb edib.

Bakıvaxtı.az xəbər verir ki, BFM TV-nin məlumatına görə, 400-500 hüquq-mühafizə orqanı əməkdaşı Şanzelize prospektindəki Rond-Poynt meydanından Daxili İşlər Nazirliyinin binasının yerləşdiyi Bovau meydanına doğru yürüş edib.

Etirazçılar mavi bayraqlar və üzərində “Biz Respublikayıq” yazılmış bannerlər daşıyıblar.

Aksiya iştirakçıları nazirliyin yaxınlığında çadırlar quraraq gecəni orada keçirməyə hazır olduqlarını bildiriblər. Onlar zərurət yaranacağı təqdirdə etirazları Milli Məclis və Senatın yaxınlığında davam etdirəcəklərini də bəyan ediblər.

Etirazlar ölkədə davam edən sosial narazılıqlar və polis əməkdaşlarına, o cümlədən xüsusi təyinatlı qüvvələrə artan təzyiqlər fonunda keçirilir.

Polislər 2019-cu ildən bəri indeksləşdirilməyən Xüsusi Performans Müavinətinin (ISSP) artırılmasını tələb edirlər. Hazırda bu müavinət onların əməkhaqqının 28,5 faizini təşkil edir. Həmkarlar ittifaqları göstəricinin 35 faizə çatdırılmasını istəyirlər.

Murad İsmayıl 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026