• Bakı 12° C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Hondurasda silahlı hücumlar: 12 nəfər öldü

DÜNYA

19 Noyabr 2026 | 01:00 | Müəllif: Subhan Mahmudov

Hondurasda silahlı hücumlar: 12 nəfər öldü

Hondurasın Yorito bölgəsində dörd ayrı hücum nəticəsində azı 12 nəfər həlak olub.

Bakıvaxtı.az  "Reuters"ə istinadən xəbər verir ki, bu barədə çərşənbə günü milli polisin nümayəndəsi Edqardo Baraona məlumat verib.

"Polisin əsas versiyası ondan ibarətdir ki, baş verənlərin arxasında cinayətkar təşkilatlar dayanır. Biz əvvəldən bunun mütəşəkkil cinayətkar qruplaşmaların əməli olduğunu ehtimal edirdik", - o bildirib.

Dəqiqləşdirilib ki, üç hücum Valyesilyo kəndində futbol meydançasında və yaşayış evlərində baş verib. Bu insidentlərin hər birinin nəticəsində üç nəfər həlak olub. Daha üç nəfər Pakayales kəndindəki digər bir hücum zamanı öldürülüb.

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026