Bakıda gənc rəssam yaşadığı evdə qətlə yetirilib.
Bakıvaxtı.az Xəzər TV-yə istinadən bildirir ki, ağır cinayət ötən gün paytaxtın Binəqədi rayonu, Həmzə Babaşov küçəsindəki çoxmərtəbəli binada törədilib.
Hüquq-mühafizə orqanlarına məlumat daxil olub ki, 23 yaşlı Gülarə Mehdiyeva qətlə yetirilib. Hadisə yerinə gələn istintaq qrupu müəyyən edib ki, Gülarə mətbəxdə bıçaqlı hücuma məruz qalıb. Onun səsinə qonşular gələrək dərhal təcili tbbi yardım çağırıblar. Xəstəxanaya çatdırılsa da, 23 yaşlı qızın həyatını xilas etmək mümkün olmayıb.
Saxlanılan Ayxan Mehdiyev istintaqa ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini bildirib. Onların yaşadığı binanın komendantı deyir ki, ailə sakit və mehriban olub.
Qeyd edək ki, Gülarə Mehdiyeva həvəskar rəssam olub, onu qətlə yetirməkdə şübhəli bilinən qardaşı isə 1-ci kurs tələbəsidir.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Daha ətraflı videomaterialı təqdim edirik.
















