• Bakı 12° C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

“Real Madrid” Arda Güler ilə müqavilənin müddətini uzadıb

    İDMAN

    18 Noyabr 2026 | 14:56 | Müəllif: Əli Hüseynov

    “Real Madrid” Arda Güler ilə müqavilənin müddətini uzadıb

    İspaniyanın “Real Madrid” klubu Türkiyə millisinin futbolçusu Arda Güler ilə müqavilənin müddətini uzadıb.

    Bakıvaxtı.az klubun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər arasında əldə olunan razılaşmaya əsasən, 21 yaşlı yarımmüdafiəçi 2032-ci il iyunun 30-dək Madrid təmsilçisinin formasını geyinəcək.

    Arda Güler 2023-cü ilin iyulunda, 18 yaşında “Real Madrid”ə keçib. O, klubun heyətində indiyədək 126 oyunda meydana çıxıb və 5 titul qazanıb. Futbolçunun kolleksiyasında UEFA Çempionlar Liqası, klublararası dünya çempionatı, UEFA Superkuboku, İspaniya çempionluğu və İspaniya Superkuboku mükafatı var.

    Arda Güler milli komandanın heyətində 38 oyun keçirib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    18 Noyabr 2026