• Bakı 12° C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Sumqayıt bulvarında 20 yaşlı oğlan dənizdə batıb - VİDEO

HADİSƏ

18 Noyabr 2026 | 14:05 | Müəllif: Əli Hüseynov

Sumqayıt bulvarında 20 yaşlı oğlan dənizdə batıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Sumqayıt Dənizkənarı Bulvarın ərazisində dənizdə 1 nəfərin batması barədə məlumat daxil olub.

Bu barədə Bakıvaxtı.az-a FHN-nin mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

    Hazırda vətəndaş - 2006-cı il təvəllüdlü Şahaliyev Nəsrəddin Sədrəddin oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

    Əlavə məlumat veriləcək.

     


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    18 Noyabr 2026