• Bakı 12° C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

NASA-nın kosmik aparatı tarixi məsafəyə çatdı - 49 ildən sonra

DÜNYA

18 Noyabr 2026 | 21:14 | Müəllif: Subhan Mahmudov

NASA-nın kosmik aparatı tarixi məsafəyə çatdı - 49 ildən sonra

NASA-nın 1977-ci ildə kosmosa göndərdiyi “Voyager 1” aparatı noyabrın 18-də Yerdən bir işıq günü məsafəsinə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) məlumat yayıb.

Bildirilib ki, ən uzaq məsafəyə çatmış obyekt olan “Voyager 1” hazırda Yerdən təxminən 26 milyard kilometr uzaqlıqdadır. Bu, işığın 24 saat ərzində qət etdiyi məsafəyə bərabərdir. Beləliklə, Yerdən göndərilən siqnalın aparata çatması təxminən bir sutka, cavabın geri qayıtması isə daha bir sutka çəkir.

NASA-nın əməkdaşı Tiffani Katariya bu tarixi nailiyyəti kosmosun nə qədər nəhəng olduğunu göstərən ən yaxşı nümunələrdən biri adlandırıb.

Qeyd edək ki, 1977-ci ildə buraxılan “Voyager 1” və “Voyager 2” ulduzlararası fəzaya çatmış yeganə kosmik aparatlardır. Enerjiyə qənaət məqsədilə “Voyager 1”in kameraları və bəzi digər avadanlıqları söndürülsə də, aparat maqnit sahələri, kosmik qaz və toz hissəcikləri barədə məlumat toplamağa davam edir.

Hər iki aparatın göyərtəsində Yer kürəsinin səslərini, görüntülərini və bəşəriyyət haqqında məlumatları ehtiva edən “Qızıl plastinkalar” da yerləşdirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026