• Bakı 20° C

    4 m/s

Paşinyan səhv etdi, protokol xidmətinin rəhbəri işdən qovuldu

DÜNYA

20 Oktyabr 2026 | 12:46 | Müəllif: Əli Hüseynov

Paşinyan səhv etdi, protokol xidmətinin rəhbəri işdən qovuldu

Ermənistanın baş naziri Nikol Paşinyan Qırğızıstan Prezidenti Sadır Japarovla keçirilən mətbuat konfransında yol verdiyi səhvdən sonra Dövlət Protokol Xidmətinin rəhbəri Qaqik Vanoyanı vəzifəsindən azad edib.

Bakıvaxtı.az xəbər verir ki, işdən çıxarılma ilə bağlı müvafiq qərar Ermənistan hökumətinin rəsmi saytında dərc olunub.

Ermənistan mətbuatında yayılan məlumatlara görə, 2022-ci ilin dekabr ayından bu vəzifəni icra edən xidmət rəhbərinin işdən çıxarılmasına səbəb oktyabrın 17-də İrəvanda Japarovla aparılan danışıqların ardınca mətbuata verilən bəyanat zamanı Paşinyanın yol verdiyi ifadə səhvi olub.

Həmin vaxt Paşinyan Japarova müraciət edərkən onu Qazaxıstan prezidenti kimi təqdim etmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR