• Bakı 20° C

    5.85 m/s

Nazir Şuşada vətəndaşları qəbul edəcək

CƏMİYYƏT

20 Oktyabr 2026 | 10:16 | Müəllif: Günəş Mərd

Nazir Şuşada vətəndaşları qəbul edəcək

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev oktyabrın 30-da Şuşa şəhərində Şuşa və Xocavənd sakinlərini qəbul edəcək.

Bu barədə Bakıvaxtı.az-a nazirlikdən məlumat verilib.

Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar 20 - 22 oktyabr tarixlərində Nazirliyə rəsmi şəkildə (info@sosial.gov.az elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya "142" Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Oktyabr 2026