Kolumbiya Ordusuna məxsus “UH-60 Black Hawk” tipli hərbi helikopter Kauka bölgəsində qəzaya düşüb. Hadisə nəticəsində helikopterdə olan 19 hərbçinin hamısı xəsarət alıb.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, helikopter Popayan və İnza şəhərləri arasında hərbi qulluqçuları və təchizatı daşıyarkən qəzaya uğrayıb.
Yaralananlardan 4-ü ekipaj üzvü, 15-i isə əsgərdir. Onlardan dördündə sınıq aşkarlanıb, digərləri isə əzilmə və qançırlar səbəbindən tibbi yardım alıblar.
Hadisə yerinə təcili tibbi yardım briqadaları və hərbi xilasedicilər göndərilib.
Qəzanın baş verdiyi İnza şəhəri qanunsuz silahlı qruplaşmaların fəallıq göstərdiyi ərazilərdən biridir. Bununla belə, hərbi rəsmilər helikopterin yerdən atəşə tutulması ehtimalını istisna ediblər. İlkin ehtimallara görə, qəzaya əlverişsiz hava şəraiti və ya texniki nasazlıq səbəb ola bilər.
Hadisənin səbəblərini müəyyənləşdirmək üçün araşdırma başlanılıb.
















