Özbəkistan Prezidenti Şövkət Mirziyayev oktyabrın 19-da ABŞ-ın Dövlət katibi Marko Rubionu qəbul edib. Görüşdə iki ölkə arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsi məsələləri müzakirə olunub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin rəsmi saytı məlumat yayıb.
Məlumata görə, görüşdə ticari-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsinə xüsusi diqqət yetirilib.
Amerika-Özbəkistan Biznes və İnvestisiya Şurasının bu dəfəki iclası çərçivəsində 12 milyard dollar məbləğində yeni razılaşmalar əldə olunub. Bildirilib ki, ilin əvvəlindən iki ölkə arasında ticarət dövriyyəsi 35 faiz artıb.
Tərəflər, həmçinin strateji əhəmiyyətli faydalı qazıntılar, energetika, nəqliyyat, süni intellekt və rəqəmsal texnologiyalar sahələrində əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
















