Ermənistanın “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyanın işini araşdıran istintaq qrupunun rəhbəri Spartak Poqosyan İstintaq Komitəsindən istefa verib.
Bakıvaxtı.az xəbər verir ki, “Jogovurd” qəzetinin məlumatına görə,, 53 nəfərlik istintaq qrupuna rəhbərlik edən Poqosyanın istefası gözlənilməz olub. O, 2025-ci ildə səmərəli fəaliyyətinə görə komitə rəhbərliyi tərəfindən mükafatlandırılıb.
Qeyd edək ki, Samvel Karapetyan 2025-ci il iyunun 17-də Erməni Apostol Kilsəsini müdafiə edən açıqlamasından sonra hüquq-mühafizə orqanlarının diqqətini cəlb edib. O, hazırda ev dustaqlığındadır və işi Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsində araşdırılır.
Murad İsmayıl
















