Moldova Ukraynaya etiraz notası təqdim edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə moldovalı deputat Lilian Karp deyib.
Məlumata görə, iki Ukrayna sərhədçisi Dnestr çayını üzərək keçməyə çalışan bir kişini təqib edib, bu zaman isə dövlət sərhədini pozublar.
Deputat sərhədçilərin kişiyə qarşı hərəkətlərini pisləyərək bildirib ki, sərhədin pozulmasına Ukrayna vətəndaşının ölkəni qanunsuz tərk etmək cəhdi ilə bəraət qazandırmaq olmaz:
“Moldovadan sığınacaq istəyən kişi çox güman beynəlxalq qanunvericiliyə uyğun olaraq onu alacaq”.
















