• Bakı 19° C

    1.37 m/s

Bakıda III İslam Maliyyə Forumu keçiriləcək

    İQTİSADİYYAT

    20 Oktyabr 2026 | 10:33 | Müəllif: Əli Hüseynov

    Bakıda III İslam Maliyyə Forumu keçiriləcək

    Oktyabrın 22-də Bakıda III İslam Maliyyə Forumu (İMF’26) keçiriləcək.

    Bakıvaxtı.az xəbər verir ki, İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin təşəbbüsü ilə təşkil olunan forumda Azərbaycanda İslam maliyyəsinin inkişaf perspektivləri, İslam bankçılığı və sığortası, alternativ maliyyələşmə alətləri, eləcə də bu sahədə kadr hazırlığı və beynəlxalq sertifikasiya məsələləri müzakirə olunacaq.

    Tədbir “Azərbaycanda İslam bankçılığının və sığortasının yeni dövrü”, “İslam maliyyəsinin sukuk, lizinq və mikromaliyyə məhsullarının tətbiqi imkanları”, “İslam maliyyəsi sahəsində kadr hazırlığı və beynəlxalq sertifikasiya” adlı üç panel sessiyasını əhatə edəcək.

    Qeyd edək ki, forum dövlət qurumlarının, maliyyə institutlarının, bank sektorunun, akademik dairələrin və beynəlxalq ekspertlərin iştirakı ilə İslam maliyyəsi sahəsində təcrübə mübadiləsi və əməkdaşlıq imkanlarının müzakirəsi üçün platforma rolunu oynayacaq.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    20 Oktyabr 2026