• Bakı 19° C

    3.87 m/s

Bakıda yeni mikrorayon salına bilər - ADI BELƏ OLACAQ

CƏMİYYƏT

20 Oktyabr 2026 | 11:26 | Müəllif: Əli Hüseynov

Bakıda yeni mikrorayon salına bilər - ADI BELƏ OLACAQ

Bakıda yeni mikrorayonun yaradılması nəzərdə tutulur.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, yeni mikrorayon Cəfər Xəndan küçəsi ərazisində yaradıla bilər. 

Qeyd edək ki, Cəfər Xəndan küçəsi paytaxtın 7-ci və 8-ci mikrorayonları istiqamətində yerləşir. Ərazidə yaşayış kompleksi və digər yaşayış binaları mövcuddur. Kompleksin yaxınlığında Dərnəgül metro stansiyası və müxtəlif sosial obyektlər yerləşir.

Yeni mikrorayonun yaradılması ilə bağlı məlumat paytaxtın bu hissəsində yaşayış ərazilərinin gələcək inkişafı məsələsini gündəmə gətirir.

Ərazidə yeni yaşayış massivinin formalaşdırılması şəhərsalma, nəqliyyat, yol infrastrukturu və sosial xidmətlərin təşkili baxımından əhəmiyyət daşıyır.

Yeni mikrorayonun dəqiq sərhədləri, əhatə edəcəyi küçələr, tikiləcək binaların sayı və layihənin icra müddəti barədə ətraflı məlumat açıqlanmayıb.

Ərazidə salınacaq yeni yaşayış massivinin 10-cu mikrorayon adlandırılacağı bildirilir.

Mahir Axund

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Oktyabr 2026