• Bakı 20° C

    5.85 m/s

Öldüyü deyilən Kim Çen Inın görüntüləri yayıldı - Foto

DÜNYA

20 Oktyabr 2026 | 09:36 | Müəllif: Zeynəb Rzayeva

Öldüyü deyilən Kim Çen Inın görüntüləri yayıldı - Foto

Şimali Koreya lideri Kim Çen In oktyabrın 19-da paytaxt Pxenyanda keçirilən geyim və ayaqqabı sərgisini ziyarət edib.

Bakıvaxtı.az xəbər verir ki, Şimali Koreya rəhbərinin vəfatı ilə bağlı sosial şəbəkələrdə gəzən şayiələrin fonunda, Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) sözügedən tədbirdən kadrlar yayımlayıb.

Təqdim olunan fotolarda Kim Çen Inın uşaq ayaqqabılarına və qadın paltolarına baxdığı, həmçinin yanındakı rəsmilərlə danışarkən aktiv jestlərdən istifadə etdiyi görünür.

Qeyd edək ki, KXDR liderinin ölümü barədə iddiaları ABŞ-də məskunlaşan çinli dissident Vantszyun Se ortaya atmışdı. O, Kimin ağır beyin qanaması keçirdiyini, komaya düşdüyünü və Pekinə aparıldıqdan sonra həyatını itirdiyini bildirmişdi.

KMTA-nın verdiyi məlumata görə, təşkil olunan tədbirdə 70 mindən çox geyim növü və 170 min cütdən artıq ayaqqabı ziyarətçilərə təqdim edilib. Sərgidə ümumilikdə 270-dən çox müəssisə iştirak edib. Agentlik qeyd edir ki, Şimali Koreya lideri istehsal olunan məhsulların dizayn keyfiyyətinin artırılmasına və əyalətlərdə yüngül sənayenin, xüsusilə ayaqqabı və paltar istehsalının genişləndirilməsinə dair çağırışlar edib.


Öldüyü deyilən Kim Çen Inın görüntüləri yayıldı - FotoÖldüyü deyilən Kim Çen Inın görüntüləri yayıldı - FotoÖldüyü deyilən Kim Çen Inın görüntüləri yayıldı - Foto
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Oktyabr 2026