• Bakı 19° C

    2.12 m/s

Futbola görə 18 avtobus marşrutunun hərəkət sxemi dəyişir

CƏMİYYƏT

19 Oktyabr 2026 | 17:51 | Müəllif: Əli Hüseynov

Futbola görə 18 avtobus marşrutunun hərəkət sxemi dəyişir

Oktyabrın 20-də “Sabah” futbol klubunun Bakı Olimpiya Stadionunda keçirəcəyi oyunu ilə əlaqədar Milli Həmrəylik küçəsində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

AYNA-dan Bakıvaxtı.az-a bildirilib ki, məhdudiyyət səbəbindən 18 müntəzəm marşrutun (24, 107, 118A, 118B, 131, 139, 148, 162, 163, 166, 173A, 173B, 197, 198, 204, 216, 217 və M8 nömrəli) hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Marşrutların Sabunçu yol qovşağı istiqamətində hərəkəti Milli Həmrəylik küçəsi (kənar yol), Ziya Bünyadov və Heydər Əliyev prospektləri ilə təşkil ediləcək. “Koroğlu” NMM istiqamətində isə avtobuslar Heydər Əliyev prospekti ilə hərəkət edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR