• Bakı 17° C

    0.53 m/s

"FİNKA Azərbaycan" BOKT-un istiqrazlarına 50 investor maraq göstərib

İQTİSADİYYAT

20 Oktyabr 2026 | 15:05 | Müəllif: Əli Hüseynov

"FİNKA Azərbaycan" BOKT-un istiqrazlarına 50 investor maraq göstərib

Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) "FİNKA Azərbaycan" MMC bank olmayan kredit təşkilatının (BOKT) 5 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının 2 milyon manatlıq tranşının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bakıvaxtı.az BFB-yə istinadən xəbər verir ki, hərraca hər birinin nominal dəyəri 100 manat olan 20 000 ədəd istiqraz çıxarılıb.

Qiymətli kağızlar birqiymətli hərrac üsulu ilə investorlara təklif olunub. İstiqrazlara 50 investor ümumi məbləği isə 2 milyon manat olan 50 sifariş təqdim edib. Bununla da, yerləşdirmə tam baş tutub.

Qiymətli kağızlar 18 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 15 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "Unicapital İnvestisiya Şirkəti" ASC-dir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR