• Bakı 17° C

    1.41 m/s

Məsud Pezeşkian: Təhdid və təzyiq dilində dialoq heç bir məna kəsb etmir

DÜNYA

21 Oktyabr 2026 | 17:03 | Müəllif: Əli Hüseynov

Məsud Pezeşkian: Təhdid və təzyiq dilində dialoq heç bir məna kəsb etmir

Yaxın Şərq münaqişəsinin nizamlanması üzrə dialoqun davam etdirilməsi üçün sanksiyaları ləğv etmək lazımdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian "X" sosial şəbəkəsində yazıb.

"Dialoq üçün şərait yaratmaq məqsədilə təhdid və sanksiyalar aradan qaldırılmalıdır. Hər gün sanksiyaları və təzyiqləri artırmaq, qarşılıqlı əlaqə yollarını bağlamaq və eyni zamanda danışıqlardan bəhs etmək olmaz. Təhdid və təzyiq dilində dialoq heç bir məna kəsb etmir", - o qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR