• Bakı 16° C

    1.33 m/s

İtaliyada sürücülərin etirazı şəhərləri iflic vəziyyətinə salıb

CƏMİYYƏT

22 Oktyabr 2026 | 12:12 | Müəllif: Əli Hüseynov

İtaliyada sürücülərin etirazı şəhərləri iflic vəziyyətinə salıb

İtaliyanın cənubunda yük maşını sürücülərinin bir neçə gündür davam edən tətilləri səbəbindən malların tədarükündə problemlər müşahidə olunur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İtaliya mediası məlumat yayıb.

İtaliyanın bəzi regionlarında yük maşını sürücülərinin yanacağın yüksək qiymətlərinə qarşı etirazları davam edir, lakin Kalabriya və Siciliyada tətillərin əksəriyyəti artıq dayandırılıb.

Krotone və Recco-di-Kalabriya hava limanlarında yanacaq tükənib.

Neapol və Bari şəhərlərinin merləri Qaetano Manfredi və Vito Leççeze isə "iflic olmuş və zibillə dolmuş şəhərlər" barədə danışırlar. Onlar nəqliyyat naziri Matteo Salviniyə müraciət edərək, İnfrastruktur və Nəqliyyat Nazirliyində avtodaşıyıcılarla oktyabrın 27-nə planlaşdırılan görüşün daha erkən tarixə keçirilməsini xahiş ediblər.

Hətta Siciliyada blokadanın ləğv edilməsinə baxmayaraq, beş gün ərzaq tədarükünün olmaması rəfləri boşaldıb. İctimai İaşə Müəssisələri Assosiasiyası bildirir ki, tədarükün olmaması İtaliyanın cənubunda bir çox restoranların bağlanmasına gətirib çıxarır.

Bu arada hökumət yolların bağlanmasına görə məsuliyyətə cəlb etmək barədə qərar qəbul edib. Eyni zamanda, artıq oktyabrın 23-də Baş nazir Corcia Meloni tərəfindən çağırılan Nazirlər Şurasının iclasında avtodaşımalar sahəsində tədbirlər və kənd təsərrüfatı üçün resursların ayrılması müzakirə olunacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026