• Bakı 21° C

    3.72 m/s

Kiyev ballistik raketlərlə vuruldu: Körpü və metroda dağıntılar var

DÜNYA

22 Oktyabr 2026 | 08:41 | Müəllif: Qalib İbrahimoğlu

Kiyev ballistik raketlərlə vuruldu: Körpü və metroda dağıntılar var

Ukraynanın paytaxtı Kiyev şəhəri ballistik raketlərlə vurulub.

Bakıvaxtı.az "Unian"a istinadla xəbər verir ki, oktyabrın 22-si gecə saatlarından başlayaraq Kiyevə kütləvi ballistik raketlər atılıb. Şəhərdə güclü partlayış səsləri eşidilib. Dağıntılar qeydə alınıb.

Kiyevə 30-a yaxın ballistik raket atıldığını, əsas hədəfin enerji və strateji infrastrukturlar olduğunu bildirir.

Kiyev şəhər meri Vitali Kliçko bildirib ki, hava hücumu nəticəsində ikisi uşaq olmaqla 15 nəfər yaralanıb. Onlardan 8-i xəstəxanalara yerləşdirilib.

Hava zərbəsi nəticəsində Kiyevin sağ və sol sahillərini birləşdirən “Cənub" körpüsündə də dağıntı qeydə alınıb. Körpüdə hərəkət dayandırılıb.

"Hava zərbəsi nəticəsində metro infrastrukturuna ziyan dəydiyindən, metronun bəzi istiqamətlərinə hərəkət dayandırılıb", - Kliçko teleqram səhifəsində qeyd edib.

Təcili tibbi yardım xəstəxanasının binasına və 6 avtomobilinə də ziyan dəydiyi bildirilir.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026