Hürmüz boğazı yaxınlığında, Omanın Buxa şəhərindən 11 dəniz mili (təxminən 20 km) məsafədə naməlum bir mərmi tankerə dəyib və nəticədə gəmidə yanğın baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın dəniz təhlükəsizliyi xidməti olan Birləşmiş Krallıq Dəniz Ticarəti Əməliyyatları (UKMTO) məlumat yayıb.
Bildirilir ki, yanğın uğurla söndürülüb və tanker lövbər salıb.
Xidmətin məlumatına görə, "bütün heyət üzvləri sağ-salamatdır. Hazırkı məlumata əsasən, ətraf mühitə hər hansı ziyan dəyməsi barədə xəbər yoxdur".
















