Dialoq üçün zəmin yaradılması məqsədilə təhdidlər və sanksiyalar praktiki olaraq aradan qaldırılmalıdır.
Bakıvaxtı.az-ın məlumatına görə, bunu İran Prezidenti Məsud Pezeşkian “X” hesabında yazıb.
O qeyd edib ki, hər gün sanksiya və təzyiqləri artırmaq, qarşılıqlı əlaqə yollarını bağlamaq və eyni zamanda dialoqdan danışmaq olmaz.
“Təhdid və təzyiq dili ilə dialoqun mənası yoxdur”, - Pezeşkian əlavə edib.
















