• Bakı 16° C

    0.53 m/s

Polis Akademiyasında ixtisaslaşmış mütəxəssislərin iştirakı ilə dərslər keçirilir - FOTOLAR

CƏMİYYƏT

21 Oktyabr 2026 | 18:20 | Müəllif: Subhan Mahmudov

Polis Akademiyasında ixtisaslaşmış mütəxəssislərin iştirakı ilə dərslər keçirilir - FOTOLAR

Polis Akademiyasında kursantların peşə hazırlığının daha da təkmilləşdirilməsi, nəzəri biliklərinin dərinləşdirilməsi və praktiki bacarıqlarının inkişaf etdirilməsi məqsədilə müxtəlif sahələr üzrə ixtisaslaşmış mütəxəssislərin iştirakı ilə mühazirə və görüşlər təşkil olunur.

Bakıvaxtı.az xəbər verir ki, müxtəlif fənlər üzrə keçirilən interaktiv dərslərdə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri Hökümə Babayeva “İnzibati iddianın növləri”, Azərbaycan Dillər Universitetinin professoru, filologiya elmləri doktoru Adil Babayev “Azərbaycan dilində akademik və işgüzar kommunikasiya fənninin ölkəmizdə tədris edilmə tarixi”, Bakı Dövlət Universitetinin Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Zaur Əzimov “Hüququn anlayışı və mahiyyəti”, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Vamiq Şükürov “Əqdlər və onların növləri” mövzularında mühazirələrlə çıxış ediblər.

Dərslər zamanı mütəxəssislər tərəfindən nəzəri biliklərlə yanaşı, real təcrübədən götürülmüş nümunələr əsasında mövzular izah olunub, kursantları maraqlandıran suallar cavablandırılıb və peşə fəaliyyətində zəruri bacarıqların formalaşdırılmasına xidmət edən mühüm məqamlar diqqətə çatdırılıb.


Polis Akademiyasında ixtisaslaşmış mütəxəssislərin iştirakı ilə dərslər keçirilir - FOTOLARPolis Akademiyasında ixtisaslaşmış mütəxəssislərin iştirakı ilə dərslər keçirilir - FOTOLARPolis Akademiyasında ixtisaslaşmış mütəxəssislərin iştirakı ilə dərslər keçirilir - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR