“Barselona”nın futbolçusu Dani Olmo zədə səbəbindən “Real”a qarşı keçiriləcək matçda iştirak edə bilməyəcək.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı oyunçunun sağalması növbəti müayinələrində bəlli olacaq.
Xatırladaq ki, ispaniyalı oyunçu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda PSJ-yə uduzduqları (2:4) matçda zədələnmişdi.
















