• Bakı 16° C

    0.09 m/s

20 günlük evlilikdə DƏHŞƏT - ikisinin də meyiti tapıldı

HADİSƏ

21 Oktyabr 2026 | 16:03 | Müəllif: Əli Hüseynov

20 günlük evlilikdə DƏHŞƏT - ikisinin də meyiti tapıldı

Türkiyənin Osmaniyə vilayətində 29 yaşlı S.A.nın həyat yoldaşı, 27 yaşlı A.A.nı güllələdikdən sonra intihar etdiyi bildirilir.

Bakıvaxtı.az Türkiyə mediasına istinadla xəbər verir ki, iddiaya görə, səhərə yaxın cütlük arasında hələlik məlum olmayan səbəbdən mübahisə yaranıb.

S.A. həyat yoldaşına atəş açıb, daha sonra təcili tibbi yardıma zəng edərək kömək istəyib. Onun bundan sonra intihar etdiyi bildirilir.

Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Bahçe Dövlət Xəstəxanasına çatdırılan cütlüyün həyatını itirdiyi müəyyənləşib.

Qonşuların sözlərinə görə, cütlük cəmi 20 gün əvvəl ailə qurub. Mənzildən tez-tez mübahisə səsləri eşidildiyi də bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR