• Bakı 16° C

    0.79 m/s

Mərakeşli nəşriyyatçı: Bakı Kitab Sərgisi ildən-ilə böyüyür və inkişaf edir

SİYASƏT

21 Oktyabr 2026 | 13:56 | Müəllif: Əli Hüseynov

Mərakeşli nəşriyyatçı: Bakı Kitab Sərgisi ildən-ilə böyüyür və inkişaf edir

XII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edən xarici qonaqlar tədbirin miqyasından və təşkilatçılıq səviyyəsindən məmnunluqlarını ifadə edirlər.

Bakıvaxtı.az xəbər verir ki, sərgi çərçivəsində təəssüratlarını bölüşən Mərakeş Nəşriyyatçılar Assosiasiyasının prezidenti, “Sleiki Brothers” nəşriyyatının rəhbəri Tariq Sleiki Bakıdakı kitab bayramının ildən-ilə inkişaf etdiyini bildirib.

Sərgidə artıq üçüncü dəfə iştirak etdiyini deyən mərakeşli nəşriyyatçı tədbirin miqyasının əhəmiyyətli dərəcədə genişləndiyini vurğulayıb.

“Üç il əvvəl sərgi cəmi bir pavilyonda təşkil olunurdu, indi isə artıq ikinci pavilyona da genişlənib. Bu il sərgidə ərəb ölkələrinin fəal iştirakı xüsusilə diqqət çəkir. Məsələn, Səudiyyə Ərəbistanı bu ilin fəxri qonağıdır, ötən il isə bu status Qətərə verilmişdi.

Hesab edirəm ki, sərgi həqiqətən də çox müsbət istiqamətdə inkişaf edir. Məhz bu səbəbdən hər il Bakı Beynəlxalq Kitab Sərgisində iştirak etməyə çalışıram”, – deyə Tariq Sleiki bildirib.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR