Gəncədə 25 yaşlı gənci 7 bıçaq zərbəsi ilə qətlə yetirməkdə təqsirləndirilən Murad Hacıyevin cinayət işinin bəzi detalları məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, istintaqla müəyyən edilib ki, Hacıyev Murad Yusif oğlu fevralın 2-si 2026-ci il tarixdə, Röyal Məmmədovun idarə etdiyi VAZ-2107" markalı avtomobillə Gəncə şəhəri, Şahsevənlər küçəsində onun idarə etdiyi "Mercedes C180" minik markalı avtomobili saxlamasını tələb edib.
Habelə ona məxsus avtomobili vurmasının səbəbini aydınlaşdırmaq üçün həmin gün saat 23 radələrində, Gəncə şəhəri M.Müşfiq küçəsində Röyal Məmmədovla qarşılaşaraq onun avtomobilin qarşısını kəsib.
Daha sonra Murad Röyalın üzərinə gəlib yerə yıxaraq əl və ayaq zərbələri ilə burun nahiyəsinə zərbələr endirib.
Murad üzərində olan ümumi təyinatlı turist bıçağı ilə Röyal Məmmədova alın nahiyəsinə, döş qəfəsinə və bədənin müxtəlif nahiyələrinə ümumilikdə 7 bıçaq zərbəsi vuraraq qətlə yetirib.
Bununla da, Murad Hacıyevə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, bu cinayət işi üzrə məhkəmə istintaqı Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İlkin İbişovun sədrliyi ilə araşdırılır.
Xatırladaq ki, mərhum Röyal Məmmədov 44 günlük Vətən müharibəsi iştirakçısı olub. Döyüşlərdəki şücaətə görə medallarla təltif edilib.
















