Kriptovalyuta bazarında son sutka ərzində əsas rəqəmsal aktivlər üzrə qarışıq dinamika qeydə alınıb. “Bitcoin” cüzi bahalaşsa da, bəzi altkoinlərdə daha yüksək artım müşahidə olunub.
Bakıvaxtı.az xəbər verir ki, “CoinMarketCap” platformasının məlumatına əsasən, “Bitcoin”in qiyməti son 24 saatda 0,14% artaraq 82 814,99 ABŞ dollarına yüksəlib. Kriptovalyuta son 7 gündə 2,11% bahalaşsa da, son 30 gündə 3,17% ucuzlaşıb.
“Ethereum” 0,01% bahalaşaraq 2 442,07 dollara, BNB 0,09% artaraq 741,33 dollara, “Zcash” isə 2,37% yüksələrək 1 291,92 dollara çatıb.
Ən yüksək artımlardan biri “Monero”da qeydə alınıb. Kriptovalyuta son sutkada 6,07% bahalaşaraq 613,56 dollara yüksəlib. “Quant” isə 2,43% artaraq 201,71 dollara çatıb.
Bununla yanaşı, “Bitcoin Cash” 1,34% ucuzlaşaraq 280,32 dollara, “Bittensor” 2,07% azalaraq 265,43 dollara, “Solana” isə 0,28% geriləyərək 105,44 dollara enib.
Qızıl əsaslı kriptovalyutalarda da ucuzlaşma qeydə alınıb. “PAX Gold” (PAXG) 0,78%s azalaraq 4 094,15 dollara, “Tether Gold” (XAUT) isə 0,77% geriləyərək 4 089,54 dollara düşüb.
















