• Bakı 17° C

    1.41 m/s

Nəsimi Musayev Azərbaycana təhvil veriləcək? - Mirzoyan AÇIQLADI

SİYASƏT

21 Oktyabr 2026 | 17:28 | Müəllif: Günəş Mərd

Nəsimi Musayev Azərbaycana təhvil veriləcək? - Mirzoyan AÇIQLADI

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan hərbçisi Nəsimi Musayevin Azərbaycana təhvil verilməsi məsələsinə münasibət bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Mirzoyan parlamentdə jurnalistlərin suallarını cavablandırarkən hərbçinin Ermənistana hansı şəraitdə daxil olmasından asılı olmayaraq, bütün hüquqi prosedurlara əməl edilməli olduğunu deyib. 

“Səbəbdən asılı olmayaraq, bütün prosedurlara əməl olunmalıdır”, – deyə nazir bildirib.

Mirzoyan Nəsimi Musayevin sərhədi qəsdən keçib-keçmədiyi və ya hərbi hissəni icazəsiz tərk edib-etmədiyi barədə məlumatının olmadığını vurğulayıb.

Ermənistan və Azərbaycan arasında itkin düşmüş hərbçilər və çobanlarla bağlı hadisələrə toxunan nazir qeyd edib ki, tərəflər arasında xoşməramlılıq və konstruktiv münasibətlər əsasında qarşılıqlı təhvilvermə ilə bağlı razılıq mövcuddur.

“Mən mediada çoban haqqında da oxumuşam. Ermənistan tərəfindəki əsgərlər və çobanlar azıb qalırlar. Bizim razılığımız var və ümid edirik ki, gələcəkdə buna əməl olunacaq”, – deyə Mirzoyan əlavə edib.

Qeyd edək ki, sentyabrın sonunda Azərbaycan hərbçisi Nəsimi Musayevin sərhədi keçərək Ermənistanın Sünik rayonunun Şəki kəndinə daxil olduğu bildirilmişdi. O, daha sonra həbs edilib. Bu gün isə Azərbaycanlı çobanın dövlət sərhədini keçərək Ermənistan ərazisinə daxil olması ilə bağlı xəbər yayılıb. 

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR