• Bakı 16° C

    0.09 m/s

9,5 milyon ukraynalı ölkəni tərk edib

DÜNYA

21 Oktyabr 2026 | 16:38 | Müəllif: Gülşən Şərif

9,5 milyon ukraynalı ölkəni tərk edib

Ukrayna əhalisi 2022-ci ilin fevral ayı ilə 2024-cü ilin payızı arasında səkkiz milyon nəfər azalıb.

Bakıvaxtı.az "Fox News"a istinadən xəbər verir ki, bu barədə BMT-nin mətbuat xidməti məlumat yayıb. 

Məlumata görə, 1991-ci ildə müstəqillik qazandıqdan bəri Ukrayna ciddi demoqrafik problemlərlə üzləşib. 

Ukrayna Demoqrafiya və Sosial Tədqiqatlar İnstitutunun direktoru Ella Libanova bildirib ki, 2024-cü il tədqiqatlarına görə ölkə əhalisi təxminən 28-30 milyon nəfər təşkil edib.

Ukraynada sonuncu dəfə əhali siyahıyaalması 2001-ci ildə keçirilib. O vaxt əhali 48 457 000 nəfər olub.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR