• Bakı 16° C

    0.09 m/s

Zelenski sülhlə razılaşdı

SİYASƏT

21 Oktyabr 2026 | 15:57 | Müəllif: Əli Hüseynov

Zelenski sülhlə razılaşdı

Ukrayna Prezidenti Volodimir Zelenski münaqişənin hazırkı cəbhə xətti üzrə dondurulmasını nəzərdə tutan sülh sazişini qəbul etməyə hazır olduğunu bildirib.

Bakıvaxtı.az xəbər verir ki, “Fox News”un jurnalistinin Ukraynanın ərazisinin 75 faizinin və ya daha çox hissəsinin Kiyevin nəzarətində qalacağı və mövcud vəziyyətin rəsmiləşdiriləcəyi belə bir razılaşmanı qəbul edib-etməyəcəyi ilə bağlı sualına Zelenski “Bəli” cavabını verib.

    Beləliklə, Ukrayna Prezidenti hazırkı cəbhə xəttinin sülh sazişində faktiki sərhəd kimi müəyyənləşdirilməsi variantına razılıq verə biləcəyini ifadə edib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR