• Bakı 16° C

    0.79 m/s

Kvaratsxeliyanın dizindəki ön çarpaz bağları qopub

CƏMİYYƏT

21 Oktyabr 2026 | 13:50 | Müəllif: Əli Hüseynov

Kvaratsxeliyanın dizindəki ön çarpaz bağları qopub

PSJ-nin futbolçusu Xviça Kvaratsxeliyanın sağ dizindəki ön çarpaz bağları qopub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Paris təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Gürcüstanlı oyunçu yaxın günlərdə əməliyyat olunacaq. Onun uzun müddət yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Xatırladaq ki, X.Kvaratsxeliya İspaniya təmsilçisi “Barselona”nı məğlub etdikləri (4:2) UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyununda zədələnib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR