• Bakı 16° C

    1.77 m/s

Argentina Prezidenti bu ölkənin Baş nazirini "diktator" və "oğru" adlandırdı

DÜNYA

21 Oktyabr 2026 | 22:14 | Müəllif: Subhan Mahmudov

Argentina Prezidenti bu ölkənin Baş nazirini "diktator" və "oğru" adlandırdı

Argentina prezidenti Xavyer Miley Madridə səfəri zamanı İspaniyanın Baş naziri Pedro Sançesi "diktator" və "oğru" adlandırıb.

Bakıvaxtı.az xəbər verir ki, Argentina lideri İspaniyanın Baş naziri ilə görüşmək niyyətində olmadığını bildirib və onu seçkilərdə qalib gəlmək üçün miqrant böhranından sui-istifadə etməkdə günahlandırıb.

"Sançes kimi cinayətkar və oğrunu ziyarət etməyəcəyəm, çünki o zaman soyğunçuluqdan qaçmaq üçün ciblərimi tikməli olardım", - deyə Miley Avropa Forumunda çıxış edərkən bildirib.

O həmçinin Sançesi seçicilərin əlavə dəstəyini qazanmaq üçün Şimali Afrikadakı İspaniya anklavı olan Seutaya kütləvi miqrant axınını qəsdən təşviq etməkdə ittiham edib. Müxtəlif hesablamalara görə, iyulun sonuna qədər Seutaya 80.000-ə qədər miqrant gəlib və onların əksəriyyəti rəsmi məlumatlara görə, sonradan Mərakeşə qayıdıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026