Türkiyənin “Fənərbağça” klubu UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.
Bakıvaxtı.az xəbər verir ki, İstanbul təmsilçisi öz meydanında Çexiyanın "Slaviya Praqa" klubu ilə qarşılaşıb.
Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb. Ev sahibi komandanın heyətində qolları Oğuz Aydın və Meyson Qrinvud vurublar. Qonaqlardan isə Lukaş Provod və Pavel Katsor fərqləniblər.
















