Yunanıstan hökuməti Egey dənizinin cənub hissəsində yeni parkın yaradılması istiqamətində növbəti addım atıb.
Bakıvaxtı.az xəbər verir ki, “Kathimerini” qəzetinin məlumatına görə, hökumət “Cənubi Egey-1” dəniz parkının yaradılmasını nəzərdə tutan fərmanın layihəsini ölkənin Dövlət Şurasına təqdim edib.
Təşəbbüs dəniz ekosistemlərinin qorunması, biomüxtəlifliyin mühafizəsi və təbii ehtiyatların davamlı idarəolunması məqsədi daşıyır.
















