• Bakı 20° C

    2.65 m/s

"Trabzonspor"un prezidenti mərc oyunlarına görə cəzalandırıldı

İDMAN

20 Oktyabr 2026 | 22:16 | Müəllif: Subhan Mahmudov

"Trabzonspor"un prezidenti mərc oyunlarına görə cəzalandırıldı

Türkiyə Futbol Federasiyası (TFF) "Trabzonspor" klubunun prezidenti Ertuğrul Doğanın mərc oyunlarında iştirakına görə 45 gün müddətinə futbol fəaliyyətindən kənarlaşdırıldığını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TFF-nin Peşəkar Futbol İntizam Komitəsinin yaydığı rəsmi bəyanatda bildirilib.

Məlumata görə, İntizam Komitəsinə göndərilən şəxslərdən 10-u "Trabzonspor", biri isə "Beşiktaş" klubunun nümayəndəsidir və onlar cəzalandırılıblar. "Qalatasaray" və "Fənərbağça" klublarından İntizam Komitəsinə göndərilən şəxslərdən isə heç biri cəza almayıb./oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026