"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyununda "Borussiya"ya (Dortmund, Almaniya) məğlub olub.
Bakıvaxtı.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionunda keçirilən matçda qonaqlar 2:1 hesablı qələbəyə seviniblər.
Bundesliqa təmsilçisinin heyətində Seru Qirassi (10, 53) dubl müəllifi olub. Azərbaycan çempionunun yeganə qolu isə Eyden Makkartinin (39) adına yazılıb.
Qeyd edək ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv qitənin ən nüfuzlu klub turnirindəki növbəti görüşünü noyabrın 4-də, səfərdə Norveçin "Vikinq" klubuna qarşı keçirəcək.
***21:58
"Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun növbəti qol vurulub.
Bakıvaxtı.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionunda keçirilən matçda qonaqlar yenidən hesabda irəli çıxıblar - 2:1.
53-cü dəqiqədə Seru Qirassi dublunu rəsmiləşdirib.
***21:48
"Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyununda ikinci hissə başlayıb.
Bakıvaxtı.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionunda keçirilən matçda 1:1 hesablı heç-heçə davam edir.
Qarşılaşmanı ispaniyalı FIFA referisi Xavyer Alberola Roxas idarə edir.
***21:31
"Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyununda ilk hissə başa çatıb.
Bakıvaxtı.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionunda keçirilən matçda tərəflər fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.
Qarşılaşmanı ispaniyalı FIFA referisi Xavyer Alberola Roxas idarə edir.
***21:26
"Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyununda ikinci qol vurulub.
Bakıvaxtı.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionunda keçirilən matçda Azərbaycan çempionu hesabı bərabərləşdirib - 1:1.
39-cu dəqiqədə Eyden Makkarti adını tabloya yazdırıb.
***20:57
"Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyununda ilk qol vuurlub.
Bakıvaxtı.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionunda keçirilən matçda qonaq komanda hesabda irəli çıxıb - 1:0.
10-cu dəqiqədə Seru Qirassi fərqlənib.
***20:45
"Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyunu başlayıb.
Bakıvaxtı.az-ın məlumatına görə, matç Bakı Olimpiya Stadionunda keçirilir.
Qarşılaşmanı ispaniyalı FIFA referisi Xavyer Alberola Roxas idarə edir.
















