• Bakı 18° C

    0.13 m/s

Dəniz Əsədovanın Afət Fərmanqızına qarşı şikayəti rədd edildi

SİYASƏT

20 Oktyabr 2026 | 15:56 | Müəllif: Əli Hüseynov

Dəniz Əsədovanın Afət Fərmanqızına qarşı şikayəti rədd edildi

Müğənni Dəniz Əsədova həmkarı Afət Fərmanqızını xüsusi ittiham qaydasında məhkəməyə verib.

Bakıvaxtı.az "Unikal"a istinadən xəbər verir ki, bu barədə A.Fərmanqızı məlumat verib.

Müğənninin sözlərinə görə, Tovuz Rayon Məhkəməsində keçirilən prosesdə şikayətə baxılıb.

Məhkəmənin qərarı ilə Dəniz Əsədovanın şikayəti icraata qəbul olunmadan rədd edilib.

Xatırladaq ki, bir müddət öncə Müğənni Afət Fərmanqızı da həmkarı Dəniz Əsədovanı xüsusi ittiham qaydasında məhkəməyə vermişdi və Binəqədi Rayon Məhkəməsində onun şikayət ərizəsi icraata götürülmüşdü.

Qeyd edək ki, Dəniz Əsədova Afət Fərmanqızının Cinayət Məcəlləsinin 147.2-ci (ağır cinayət törətməkdə böhtan atma), 148-ci (təhqir) maddələri ilə məsuliyyətə cəlb edilməsi ilə bağlı Tovuz Rayon Məhkəməsinə müraciət etmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR