• Bakı 19° C

    2.12 m/s

Azərbaycanın U-15 millisinin dünya çempionatı üçün heyəti

İDMAN

20 Oktyabr 2026 | 18:40 | Müəllif: Subhan Mahmudov

Azərbaycanın U-15 millisinin dünya çempionatı üçün heyəti

Oktyabrın 22-dən 30-dək Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Azərbaycan millisi turnirdə ilk oyununu oktyabrın 24-də saat 19:30-da "Crystal Hall"da Timor-Leste yığmasına qarşı keçirəcək.

Oktyabrın 25-də millimiz Hövsan Yarış Kompleksinin 10A meydançasında iki oyun keçirəcək. Komanda saat 12:45-də Andorra, saat 19:30-da isə Avstraliya yığması ilə qarşılaşacaq.

Oktyabrın 26-da isə Azərbaycan millisi həmin meydançada saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti yığması ilə üz-üzə gələcək.

Turnirdə 189 ölkənin iştirakı və minə yaxın oyunun keçirilməsi nəzərdə tutulur. Yarış dünyanın müxtəlif bölgələrindən olan gənc futbolçuları bir araya gətirəcək.


Azərbaycanın U-15 millisinin dünya çempionatı üçün heyəti
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR