• Bakı 19° C

    2.55 m/s

Bakıda bu şəxslər üçün pulsuz avtobuslar ayrıldı

CƏMİYYƏT

20 Oktyabr 2026 | 13:40 | Müəllif: Əli Hüseynov

Bakıda bu şəxslər üçün pulsuz avtobuslar ayrıldı

Bu gün UEFA Çempionlar Lqiasının Liqa mərhələsində "Borussiya" Dortmundu qəbul edəcək “Sabah”ın azarkeşləri üçün ödənişsiz avtobuslar fəaliyyət göstərəcək.

Bakıvaxtı.az
xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bakı Olimpiya Stadionunda keçiriləcək oyunla əlaqədar avtobuslar “Sabah” futbol klubunun təşəbbüsü və AYNA-nın dəstəyi ilə təşkil olunacaq.

Azarkeşlər “Gənclik” Nəqliyyat Mübadilə Mərkəzindən və “Qara Qarayev” metrostansiyasından Bakı Olimpiya Stadionuna ödənişsiz gedə biləcəklər.

Qarşılaşma başa çatdıqdan sonra isə avtobuslar Aviasiya Akademiyası istiqamətində də işləyəcək.

Avtobuslar saat 17:00-dan sərnişinlərin xidmətində olacaq.

Qeyd edək ki, qarşılaşma saat 20:45-də başlanacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR