• Bakı 16° C

    0.53 m/s

Nadir Novruzov: Kiberhücumların qarşısı vaxtında alınır

    CƏMİYYƏT

    20 Oktyabr 2026 | 11:55 | Müəllif: Əli Hüseynov

    Nadir Novruzov: Kiberhücumların qarşısı vaxtında alınır

    Biz dövlət qurumlarına kiberhücumları mütəmadi olaraq müşahidə edirik. Bu hal fasiləsiz olaraq tərəfimizdən müşahidə olunur. Amma, xüsusilə son bir həftə ərzində dövlət qurumlarına və onların informasiya ehtiyatlarına və sistemlərinə qarşı genişmiqyaslı kiberhücumların həyata keçirildiyini müşahidə edirik.

    Bakıvaxtı.az xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Nadir Novruzov jurnalistlərə müsahibəsində deyib.

    O qeyd edib ki, kiberhücumlar DDoS hücumlar formasında həyata keçirilir və dövlət qurumlarının informasiya sistemlərinin fəaliyyətini dayandırmağa istiqamətlənib: "Bundan başqa, biz müxtəlif dövlət informasiya sistemlərinə daxil olunması cəhdlərini, o cümlədən müxtəlif dövlət qurumları əməkdaşlarının elektron ünvanlarına müdaxilə olunmasını müşahidə edirik. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti də monitorinqlər aparır və bu hücumların qarşısı vaxtında alınır. Böyük həcmli DDoS hücumları həyata keçirilən zaman botnet şəbəkələrindən istifadə olunur. Botnet şəbəkələr isə dünyanın müxtəlif yerlərində yoluxdurulmuş cihazlardır. Ona görə biz DDoS hücumlarını dünyanın müxtəlif yerlərindən müşahidə edirik və konkret olaraq hər hansısa bir ölkənin hücum etdiyini demək çətindir. Hücumların edilməsində məqsəd dövlətin rəqəmsallaşan bir dövrdə informasiya sistemlərinin dayandırılması, insanlar üçün hər hansı bir xidmətin əlçatan olmasının qarşısının alınmasıdır. Son hücumlar da, ilk növbədə, bu hücumların vaxtında aşkar olunması və onların yarada biləcəyi fəsadların minimallaşdırılması kimi çağırışlar yaradır. Yəni hazırda mövzu kibertəhlükəsizlik yox, kiberdayanıqlılıqdır. Yəni hər hansısa bir hadisə olduqda minimal zərər olsun və qısa zamanda qarşısı alınıb sistemlər bərpa olunsun".


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR