• Bakı 19° C

    1.37 m/s

Müşfiqabadda bağçada nöqsanlar aşkarlanıb - FOTO

HADİSƏ

20 Oktyabr 2026 | 10:23 | Müəllif: Günəş Mərd

Müşfiqabadda bağçada nöqsanlar aşkarlanıb - FOTO

Binəqədi rayonu, Müşfiqabad qəsəbəsi, Günəşli küçəsində yerləşən 329 nömrəli uşaq bağçasında keçirilən plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub. Mətbəxdə istehlaka hazır qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə göndərilib.


Müşfiqabadda bağçada nöqsanlar aşkarlanıb - FOTOMüşfiqabadda bağçada nöqsanlar aşkarlanıb - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR