Bakıda tanınmış vəkilin saxlanılmasının bəzi təfərrüatı məlum olub.
Bakıvaxtı.az oxu.az-a istinadla xəbər verir ki, hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri tədbirlərlə 5 nəfər tutulub. Əməliyyat zamanı onlardan xeyli miqdarda güclü təsiredici psixotrop maddələr aşkarlanıb.
Saxlanılan şəxslərdən biri Azərbaycan Vəkillər Kollegiyasının üzvü, "Alyans" Vəkil Bürosunun vəkili Orxan Kəngərlidir. Faktla bağlı Cinayət Məcəlləsinin 240-cı (güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) maddəsi ilə cinayət işi başlanılıb.
***
08:56
Bakıda tanınmış vəkil saxlanılıb.
Bakıvaxtı.az "Unikal"a istinadla xəbər verir ki, "Alyans" Vəkil Bürosunun rəhbəri, vəkil Orxan Kəngərli polis tərəfindən saxlanılıb.
Vəkil narkotiklərin qanunsuz dövriyyəsində ittiham olunur.
Onun bu gün məhkəməyə çıxarılacağı gözlənilir.
Faktla bağlı araşdırma aparılır.
















