• Bakı 10° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Soçidə sərnişin təyyarəsini ildırım vurdu

DÜNYA

29 Noyabr 2026 | 14:15 | Müəllif: Subhan Mahmudov

Soçidə sərnişin təyyarəsini ildırım vurdu

Soçidə hava limanına eniş zamanı "Yamal Airlines" şirkətinə məxsus "Airbus A320" sərnişin təyyarəsini ildırım vurub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Shot” Teleqram kanalı məlumat yayıb.

“Hadisəyə baxmayaraq, ekipaj sərnişin təyyarəsini sağ-salamat yerə endirə bilib. Sonradan aparılan yoxlama zamanı təyyarənin burun hissəsində zədələnmə aşkar edilib”, - məlumatda qeyd olunub.

Bildirilib ki, təyyarə Tümen şəhərindən uçuş həyata keçirmiş. Təxminən 400 metr hündürlükdə ekipaj parıltı müşahidə edib və yüksək səsli bir partlayış eşidib, lakin eniş prosesini davam etdirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026