• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Fernando Muslera karyerasını başa vurdu

İDMAN

29 Noyabr 2026 | 10:00 | Müəllif: Subhan Mahmudov

Fernando Muslera karyerasını başa vurdu

Libertadores Kubokunun qalibi müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, həlledici qarşılaşmada Argentinanın “Estudiantes” və Braziliyanın “Palmeyras” komandaları üz-üzə gəlib.

Görüşün taleyini bir qol həll edib. Braziliya təmsilçisi rəqibini minimal hesabla məğlub edərək kuboka sahib çıxıb.

Qeyd edək ki, bu matç Fernando Musleranın “Estudiantes”in heyətində son oyunu olub və 40 yaşlı uruqvaylı qolkiper qarşılaşmadan sonra peşəkar futbolçu karyerasını başa vurub.

Muslera “Estudiantes”in finala yüksəlməsində mühüm rol oynayıb. O, yarımfinalda “Flamenqo” ilə qarşılaşmanın penaltilər seriyasında üç zərbəni dəf edərək komandasının qələbəsinə töhfə verib.

Təcrübəli qolkiper 2011–2025-ci illərdə “Qalatasaray”da çıxış edib. O, İstanbul klubunun heyətində 8 dəfə Türkiyə çempionu olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026