• Bakı 8° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Fransada on minlərlə insan küçələrə çıxıb

DÜNYA

29 Noyabr 2026 | 00:19 | Müəllif: Günəş Mərd

Fransada on minlərlə insan küçələrə çıxıb

Fransada on minlərlə insan qadınlara qarşı zorakılığa və artan yaşayış xərclərinə etiraz olaraq küçələrə çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, BFMTV-nin ölkənin Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, ölkə üzrə keçirilən aksiyalarda 44 500 nəfər iştirak edib. Parisdə isə feminist təşkilatların çağırışı ilə iki ayrı nümayiş təşkil olunub.

Etirazçılar qadınlara və uşaqlara qarşı zorakılıqla mübarizəni nəzərdə tutan genişmiqyaslı qanun layihəsinin qəbulunun sürətləndirilməsini tələb ediblər. Bahalaşmaya etiraz edən həmkarlar ittifaqları, gənclər təşkilatları və “sarı jiletlilər” də aksiyalara qoşulublar.

Fransada kütləvi etirazlar sentyabrın sonlarından etibarən davam edir. İlk olaraq məktəblilər müəllim çatışmazlığı və təhsil sistemindəki problemlərə etiraz ediblər. Daha sonra tələbələr, həmkarlar ittifaqları və əmək hərəkatlarının nümayəndələri də yanacağın bahalaşması və alıcılıq qabiliyyətinin azalmasına qarşı aksiyalara qatılıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026