ABŞ-nin Kentukki ştatının Luisvill şəhərində yerləşən Mellvud İncəsənət Mərkəzində baş verən atışma nəticəsində yeddi nəfər xəsarət alıb.
Bakıvaxtı.az xəbər verir ki, “WKYT” telekanalının məlumatına görə, hadisə noyabrın 28-də baş verib.
Həmin məkanda yeniyetmələrdən birinin ad günü məclisinin keçirildiyi ehtimal olunur.
Polisin bildirdiyinə görə, atışmadan əvvəl məclis iştirakçıları arasında mübahisə yaranıb.
Yaralananlardan ikisi yeniyetmə, beşi isə yetkinlik yaşına çatmış şəxslərdir. Onların hamısı xəstəxanaya çatdırılıb.
Murad İsmayıl
















