Noyabrın 29-da Rusiya ordusu Ukraynanın Vinnitsa bölgəsinə hava zərbələri endirib.
Bakıvaxtı.az xəbər verir ki, Vinnitsa vilayət hərbi administrasiyası məlumat verib.
Bildirilib ki, Vinnitsa bölgəsində hava hücumu nəticəsində bir kişi və bir qadın həlak olub. Daha bir nəfər isə xəsarət alıb.
Həmçinin yaşayış binasına zərbə endirildiyi qeyd olunub. Binanın yaxınlığında iki mikroavtobus yanıb.
















